Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov Pakistanın Lahor şəhərində Lahor Universiteti, Mühəndislik və Texnologiya Universiteti, Menecment və Texnologiya Universieti, Mərkəzi Pinjab Universitetində işgüzar səfərdə olub.
Səfər çərçivəsində qardaş Pakistan Respublikasının dünya reytinqində qabaqcıl universitetləri ilə əməkdaşlığın perspektiv imkanları və istiqamətləri geniş müzakirə olunub. Pakistanın böyük mühəndislik universitetlərindən biri olan Mühəndislik və Texnologiya Universiettin vitse-kansleri professor Şahid Munir və universitetin nümayəndə heyəti ilə görüş zamanı bildirilib ki, AzTU ilə əməkdaşlıq universitet üçün prioritetdir. Qeyd olunub ki, AzTU ilə qarşılıqlı anlaşma memorandumu imzalamaqla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Lahor Universitetinin rektoru professor Muhammad Aşraflə görüş zamanı AzTU ilə tədqiqat, birgə layihələr, elmi məqalələrin birgə dərc olunması sahəsində əməkdaşlığa hazır olduqları vurğulanıb.
Menecment və Texnologiya Universitetinə səfər zamanı prorektor Sübhan Namazov və Menecment və Texnologiya universietinin prorektoru Əsgər Zaidinin görüşü zamanı AzTU tələbələrinə təqaüd proqramlarında iştirak, beynəlxalq elmi bazalarda indekslənən birgə elmi konfransların təşkili, qarşılıqlı tədqiqatçı mübadiləsi, beynəlxalq reytnqlərdə qarşılıqlı dəstəkdə maraqlı olduqları bildirilib.
Mərkəzi Pinjab Universitetinə ziyarət zamanı nümayəndə heyəti ilə görüşdə prorektor Hammed Naved və nümayəndə heyəti ilə görüşdə universitetin Mühəndislik sahəsində əməkdaşlıq imkanları yüksək qiymətləndirilib və bütün istiqamətlərdə əməkdaşlığa hazır olduqları bildirilib.
Səfər zamanı nümayəndə heyəti universitetlərin ayrı-ayrı sahələrdə mövcud maddi-texniki, laboratoriya bazaları ilə tanış olub və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Müzakirələrdən sonra universitetlərlə qarşılıqlı anlaşma memorandumu imzalanması və geniş əməkdaşlıq razılaşdırılıb.