Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsi ISO 21001:2018 beynəlxalq sertifikatına layiq görülüb

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsi ISO 21001:2018 beynəlxalq sertifikatına layiq görülüb

30.12.2025     48     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsi tədris müəssisələrində idarəetmənin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən ISO 21001:2018 – Tədris təşkilatlarında idarəetmə sistemi sertifikatına layiq görülüb.

Sertifikatlaşdırma “STAREGISTER International Inc.” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən həyata keçirilib. Sertifikatı “STAREGISTER International Inc.” beynəlxalq sertifikatlaşdırma şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi, “INCERT” sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov AzTU-nun rektoru Vilayət Vəliyevə təqdim edib.

Rektor Vilayət Vəliyev ISO 21001:2018 standartının tədris müəssisələrində idarəetmənin sistemli qurulması, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və davamlı keyfiyyət təminatının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, Xüsusi texnika və texnologiya fakültəsi ölkə üçün strateji əhəmiyyətə malik sahələr üzrə kadr hazırlığını həyata keçirir və bu sertifikat fakültənin institusional inkişafının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində fakültədə tədris və idarəetmə prosesləri, fənn proqramları və sillabuslar, tələbə məmnunluğu, eləcə də davamlı təkmilləşdirmə prosedurları ISO 21001:2018 standartının tələblərinə uyğun olaraq hərtərəfli audit edilib və müsbət qiymətləndirilib.


Digər xəbərlər