Azərbaycan Texniki Universitetinin (AzTU) 1 saylı Tələbə Poliklinikasında tələbələr, akademik və inzibati heyət üçün ödənişsiz stomotoloji müayinə keçirilib.
Müayinəni Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının rezident və həkimkləri həyata keçiriblər.
5 saat davam edən müayinə zamanı dişində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib. Həmçinin dişlərin sağlamlığı üçün zəruri tövsiyələr diqqətə çatdırılıb.