Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun şəhid tələbəsi Elşad Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

AzTU-nun şəhid tələbəsi Elşad Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

28.02.2025     358     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) şəhid tələbəsi Elşad Əliyevin 50 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib.

Tədbirdə Elşad Əliyevin ailə üzvləri, sinif yoldaşları, şəhid ailələri, müharibə veteranları, Milli Məclisin deputatları, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, AzTU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov tədbir iştirakçılarını salamlayıb. Prorektor bildirib ki, AzTU-da şəhid tələbə və məzunlarının əziz xatirəsi hər zaman yad olunur, onların qəhrəmanlıqları gənc nəslə ötürülür. O, bu cür xatirə tədbirlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi baxımından da əhəmiyyətindən danışıb.

Millət vəkilləri Aydın Mirzəzadə və Vüqar İskəndərov, Nizami RİH-nin başçısının müavini Könül Həsənova, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, şəhid ataları, Elşad Əliyevin sinif yoldaşları, yaxınları və əzizləri şəhidin xatirəsini anıblar. Belə qəhrəman övlad yetişdirdiyinə görə şəhidin anası Flora Əliyevaya təşəkkür ediblər.  

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, AzTU-nun Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbəsi Elşad Əliyev 1975-ci il fevralın 27-də Bakıda anadan olub. O, 1991-ci ildə AzTU-ya qəbul olunub. 1993-cü ildə Birinci Qarabağ müharibəsində iştirak etmək üçün ali təhsilini yarımçıq saxlayıb. 1993-cü ildə Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Digər xəbərlər