Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun şəhid məzunu Raul Piriyevin doğum gününə həsr olunan tədbir keçirilib

AzTU-nun şəhid məzunu Raul Piriyevin doğum gününə həsr olunan tədbir keçirilib

05.06.2024     452     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyya və logistika fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Raul Piriyevin doğum gününə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tədbirdə şəhid Raul Piriyevin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazilər, universitetin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsələndirilib.

Daha sonra Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış edərək universitetdə şəhid məzunların xatirəsinin hər zaman yad olunduğunu bildirib.

Raul Piriyevə dərs demiş müəllimi Anar İsmayılov çıxışında şəhid haqqında xatirələrini bölüşüb.

Tədbir qəhrəmanlıq mövzusunda mahnı, şeir və kompozisiyalarla davam edib.


Digər xəbərlər