Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib

AzTU-nun Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib

24.12.2024     333     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya Şurasının yeni tərkibdə toplantısı keçirilib. Toplantıda Azərbaycan Fintex Assosiasiyasının və İT şirkətlərin rəhbərləri, ekspertlər, beynəlxalq şirkətlərin təmsilçiləri və universitetin nümayəndələri iştirak ediblər .

AzTU-nun rektoru Vilayət Vəliyev Rəqəmsal Transformasiya Şurasının universitetin fəaliyyətində rolunun artırılmasının vacibliyini vurğulayıb. O, Transformasiya Şurasına biznes sektorundan qurumların cəlb olunmasının universitet-biznes əməkdaşlığı baxımından əhəmiyyətli olacağını bildirib. Rektor Transformasiya Şurasına biznes sektorunun nümayəndəsinin rəhbərlik etməsini də universitet-sənaye işbirliyinin gücləndirilməsi baxımından faydalı hesab edib. Universitetin rəqəmsal transformasiyası, proqramların məzmununun təkmilləşdirilməsi, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün Transformasiya Şurasından gözləntilərin çox olduğu diqqətə çatdırılıb.

Toplantıda təşkilati məsələlərə baxılıb və Akhundoff Group şirkətinin direktoru Telman Axundov Rəqəmsal Transformasiya Şurasının sədri seçilib.

Daha sonra çıxış edənlər universitetin rəqəmsal trasformasiyasında, resurslardan effektiv istifadə sahəsində, proqramların məzmununun təkmilləşməsində, universitet-biznes tərəfdaşlığının gücləndirilməsi istiqamətində faydalı təkliflər səsləndiriblər. Tədbir çərçivəsində Transformasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işçi qrup formalaşdırılıb.


Digər xəbərlər