Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin basketbol komandası ilə görüş keçirib.
Rektor ölkədə basketbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, AzTU-nun basketbol komandasının respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir.
Görüşdə komandanın fəaliyyəti ilə bağlı görülən işlər barədə məlumat verilib, perspektiv inkişaf ilə bağlı idmançı və məşqşilərin təklifləri dinlənilib. Rektor qeyd olunan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.