Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru Özbəkistanda beynəlxalq elmi konfransda çıxış edib

AzTU-nun professoru Özbəkistanda beynəlxalq elmi konfransda çıxış edib

19.05.2025     81     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri professor Vaqif Həsənov Özbəkistan beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Səmərqənd Memarlıq və İnşaat Universiteti və İ.Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Vaqif Həsənov “Memarlıq, mühəndislik, təhsil və ətraf mühitin mühafizəsində innovativ texnologiyalar” mövzusunda məruzə ilə çıxış edib.  Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində AzTU-nun professoru İ.Kərimov adına Daşkənd Dövlət Texkiki Universiteti və Səmərqənd Memarlıq və İnşaat Universitetinin aidiyyəti kafedralarında olub, elmi-tədqiqat laboratoriyalarına baxıb. Həmçinin hər iki universitetin struktur bölmələrinin rəhbərləri ilə görüşlər zamanı gələcək əməkdaşlıq üçün konkret istiqamətlər müəyyən edilib. Görüşlər zamanı universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi nəşrlər və beynəlxalq proqramlarda iştirakla bağlı fikir mübadiləsi də aparılıb.

Səfər kafedralar üçün beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mühəndislik sahəsində innovativ texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır.


Digər xəbərlər