Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin brifinqi keçirilib

AzTU-nun İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin brifinqi keçirilib

22.05.2024     671     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin brifinqi keçirilib.

Brifinqdə mərkəzin rəhbəri professor Elşad Məmmədov son bir ay ərzində iqtisadi sahədə baş verən proseslərlə bağlı jurnalistləri məlumatlandırıb.

Xüsusilə istehsal proseslərinin lokallaşdırılması, regional texnoloji kooperasiyanın genişləndirilməsi, ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların (kapital qoyuluşların) həcminin kəskin şəkildə artırılması, ölkənin pul-kredit siyasətinin fundamental olaraq investisiya artımına köklənməsi, ölkə iqtisadiyyatında innovativ tutumlu layihələrin payının artırılması, istehsal proseslərinin səmərəliliyini və gəlirliliyini artırmaq üçün regional satış bazarlarının formalaşdırılması, ölkədə daxili istehsalın fiskal stimullaşdırılması mexanizmlərinin dərinləşdirilməsi istiqamətində hesabatlar jurnalistlərin diqqətinə çatdırılıb.

Brifinqin sonunda jurnalistlərin sualları cavablandırılıb.


Digər xəbərlər