Azərbycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinin 1-ci kurs tələbələri ilə görüşü keçirilib. Görüşdə fakültənin dekanı professor Hüseynqulu Quliyev, dekan müavini dosent Lalə Piriyeva və digər əməkdaşlar iştirak ediblər.
Dekan Hüseynqulu Quliyev çıxış edərək tələbələri AzTU-ya qəbul olunmaqları münasibətilə təbrik edib və onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. Tələbələrə universitet və fakültə haqqında geniş məlumatlar verilib, kadr hazırlığında fakültənin əsas prioritet istiqamətləri, profili, universitet-sənaye əməkdaşlığı, kafedralar, ikili diplom proqramları və digər zəruri məlumatlar təqdim olunub.
Sonra Hüseynqulu Quliyev tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha sonra tədris işləri üzrə dekan müavini Lalə Piriyeva kredit sistemi ilə təhsilin əsas müddəaları ilə tələbələri məlumatlandırıb.
Sonda 2025/2026-ci ilin tələbə qəbulu nəticələrinə görə ikili diplom proqramı üzrə elektrik və elektronika mühəndisliyi ixtisasına 619,5 balla qəbul olunan tələbə Cavidan Zeynallıya hədiyyə təqdim olunub.