Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun əməkdaşları Türkiyədə işgüzar səfərdə olub

AzTU-nun əməkdaşları Türkiyədə işgüzar səfərdə olub

16.06.2022     650     AzTU

 

13-14 iyun tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov, Media ilə iş və kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbul Universiteti, Yıldız Texniki Universiteti, İstanbul Aydın Universitetində görüşlər keçirilib.

Görüşlər zamanı adı çəkilən universitetlərin sosial sahələrdəki fəaliyyətləri, o cümlədən tələbə və müəllimlərin sosial həyatı, tələbə təşkilatlarının iş prinsipləri, universitetlərin ictimaiyyətlə əlaqələri barədə geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin universitetlərin kampuslarında mövcud olan texnopark, kitabxana, konqres mərkəzləri, “Klublar vadisi” kimi sosial fəaliyyət məkanlarına baxış keçirilib.

  

  

  

 

 


Digər xəbərlər