Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU nümayəndələri Türkiyədə “Schneider Electric” şirkətinin İnnovasiyalar Mərkəzinə səfər edib

AzTU nümayəndələri Türkiyədə “Schneider Electric” şirkətinin İnnovasiyalar Mərkəzinə səfər edib

07.08.2025     42     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Schneider Electric” şirkətinin Türkiyə ofisinin İnnovasiyalar Mərkəzinə səfər edib. Səfər universitet- sənaye əməkdaşlığının gücləndirilməsi, qabaqcıl texnologiyaların öyrənilməsi və onların tədris prosesinə inteqrasiyasının qiymətləndirilməsi məqsədilə təşkil olunub.

AzTU-nu səfərdə Energetika fakültəsinin müəllimləri Nicat Hüseynov və Şamxal Əliyev təmsil edib.  

Səfər zamanı AzTU nümayəndələrinə “Schneider Electric” şirkətinin qlobal fəaliyyət istiqamətləri, dayanıqlı enerji idarəçiliyi, rəqəmsallaşma və innovasiyalar sahəsində həyata keçirilmiş təşəbbüslər barədə məlumat verilib.

Daha sonra İnnovasiyalar Mərkəzində yerləşən ən müasir texnoloji avadanlıqlar – avtomatlaşdırma sistemləri, enerji idarəetmə qurğuları, ağıllı rele sistemləri, sensor qurğular, elektrik panelləri və enerji səmərəliliyini artıran rəqəmsal həllər nümayiş etdirilib. Avadanlıqların tətbiq olunduğu real sənaye nümunələri əsasında onların istehsalat proseslərində yaratdığı üstünlüklər, resurs qənaəti və əməliyyat səmərəliliyi kimi amillər müzakirə olunub. AzTU nümayəndələrinə bu qurğuların təhsil sisteminə inteqrasiyası ilə tələbələrin praktiki bilik və bacarıqlarının artırılması baxımından böyük potensiala malik olduğunu qeyd ediblər.

Görüş zamanı həmçinin şirkət tərəfindən hazırlanmış yeni nəsil proqram təminatları və virtual reallıq texnologiyası əsasında işləyən sənaye simulyasiya proqramları nümayiş olunub. Bu simulyasiya texnologiyası tələbələrin real avadanlıqlarla virtual mühitdə təmas qurmasına və interaktiv şəkildə öyrənməsinə imkan yaradır. Şirkətin Türkiyə ofisinin əməkdaşları həmin  sistemlərin tədris prosesində istifadəsinin tələbələr üçün daha effektiv və müasir öyrənmə mühiti yaradacağını bildirib.

Səfər çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri də ətraflı müzakirə edilib. Görüş zamanı birgə təlim və seminarların təşkili, laboratoriya və texnoloji mərkəzlərin yaradılması, tələbələrin istehsalat təcrübələrinin “Schneider Electric” mərkəzlərində təşkili, həmçinin startap və tədqiqat layihələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Digər xəbərlər