Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin nümayəndələri – dekan müavini Aytən Mövsümova, Kompüter texnologiyaları kafedrasının müdiri Zəfər Cəfərov və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov Türkiyə-Azərbaycan Universitetində (TAU) olub. Nümyəndə heyətində Böyük Britaniyanın Belfast Kraliça Universitetinin professoru, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvü, AzTU-da qonaq professor kimi fəaliyyət göstərən Vahid Garousi də təmsil olunub.
Qonaqlar TAU-nun prorektoru Mehmet Şimşir və proqram rəhbərləri ilə görüşüb.
Görüşdə kompüter mühəndisliyi ixtisası üzrə birgə tədqiqatların aparılması və universitet-sənaye işbirliyinin inkişafı istiqamətində müzakirələr aparılıb.