Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Sevinc Absalamlı və İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekan müavini Aytən Mövsümova Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində istirak edib.
Sərgi çərçivəsində Türkiyədən və digər ölkələrdən olan iştirakçılara AzTU-da təhsil imkanları barədə məlumat verilib, xarici ali təhsil müəssisələrinin nümayəndələri ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub.