YAP Yasamal rayon təşkilatının dəstəyilə ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat, dama, voleybol, basketbol, stolüstü tennis və futzal idman növləri üzrə keçirilən turnirə yekun vurulub.
Azərbaycan Texniki Universitetinin (AzTU) komandası basketbol və stolüstü tennis yarışlarında birinci, dama, şahmat və futzal yarışlarında ikinci olublar.
Azərbaycan Tələbə Futbol Liqası İctimai Birliyinin Tələbə Liqası çempionatında isə AzTU İdman Klubunun futzal komandası 3-cü olub.