Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları Özbəkistanın Mərkəzi Asiya Universitetinin təşkil etdiyi “Global Tech Hackathon 2026” çərçivəsində keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək.
“Hackathon“ proqramının əsas istiqamətlərindən biri olan “AI in Healthcare Hackathon 2026” üzrə yarışda AzTU-nun iki startap komandası – “AZ2” və “MedX” təmsil olunacaq.
Qeyd edək ki, yarəşların beynəlxalq mərhələsindən əvvəl komandaların layihələri AzTU-da daxili qiymətləndirmədən keçirilib. AzTU İnkubasiya Mərkəzində təşkil olunan təqdimat sessiyasında “AZ2” və “MedX” komandaları hazırladıqları texnoloji həlləri, layihələrinin innovativ tərəflərini və tətbiq potensialını təqdim ediblər.
Qiymətləndirmə zamanı layihələrin aktuallığı, texniki əsaslandırılması, real problemlərin həllinə yönəlməsi və beynəlxalq platformada rəqabət qabiliyyəti əsas meyar kimi nəzərə alınıb. Təqdim olunan rəy və tövsiyələr əsasında komandalar layihələrini daha da təkmilləşdirərək Daşkənd şəhərində keçiriləcək beynəlxalq mərhələyə hazırlaşırlar.
Bununla yanaşı, yarışma çərçivəsində keçiriləcək “International Cybersecurity Capture the Flag (CTF) 2026” istiqaməti üzrə də AzTU komandalarının iştirakı nəzərdə tutulur və bununla bağlı hazırlıq prosesi davam edir.