Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və əməkdaşı Məhsəti Əliyeva COAR "Controlled Open Access Repositories" təşkilatnıdan gələn birgə fəaliyyət təklifi ilə Rəqəmsal Repozitariya sahəsində onlayn terminoloji lüğətin Azərbaycan dilinə tərcüməsini həyata keçiriblər.
Qeyd edək ki, COAR dünyanın hər yerindən kitabxanaları, universitetləri, tədqiqat institutlarını təmsil edən 130-dan çox üzvü və tərəfdaşı olan beynəlxalq bir assosiasiyadır. COAR Açıq Əlyetərlilik potensialını artırmaq, hüquqi sənədləri inkişaf etdirmək, təcrübələri uyğunlaşdırmaq və repozitariyalar üçün qlobal səs kimi çıxış edərək repozitor şəbəkələri birləşdirir. Təşkilatın fəaliyyətlərindən biri də dünyada elm və təhsil sahəsində tendensiya sayılan və açıq elmə, açıq əlyetərliyə dəstək göstərən rəqəmsal repozitariyaların dünya dillərində tərcümə edilməsidir.
Beləliklə, ilk dəfə olaraq Azərbaycan dilində terminologiyanı COAR-ın "Controlled Vocabulary of Open Access Repositories" adlı onlayn lüğətinə daxil etməyə məhz AzTU KİM əməkdaşları müvəffəq olub.