Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Niğde Ömer Halisdemir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu AzTU-nun rektoru professor Vilayət Vəliyev və Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu imzalayıblar.
Sənədə əsasən, hər iki universitetin uyğun sahələr üzrə birgə tədqiqat aparması, müəllim-tələbə mübadiləsi, birgə layihələrdə iştirakı nəzərdə tutulur.