Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə “MIT Academy” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “MIT Academy” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

09.02.2026     80     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “MIT Academy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbə və məzunların praktiki bilik və bacarıqlarının artırılması, habelə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təmin edilməsidir.

Sənəd həmçinin istehsalatla bağlı texnoloji proseslərin təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, gələcək kadr ehtiyaclarının müəyyən edilməsi və ödənilməsi məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Tərəflər əmək bazarının tələblərinə uyğun tədris planlarının və ixtisas proqramlarının təkmilləşdirilməsi, universitetin təşkilatçılığı ilə keçirilən karyera sərgiləri və karyera günləri çərçivəsində tələbə və məzunlarla birbaşa görüşlərin təşkili, eləcə də birgə konfrans, seminar və forumların keçirilməsi barədə razılığa gəliblər.


Digər xəbərlər