Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Malatya Turqut Özal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Malatya Turqut Özal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

23.05.2025     69     AzTU

Azərbaycana səfərə gələn Türkiyənin Malatya Turqut Özal Universitetinin rektoru professor Recep Bentlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun prorektoru Nurəli Yusifbəyli və universitetin nümayəndələri ilə görüşüb.

Prorektor Nurəli Yusifbəyli qonaqları salamlayaraq onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Prorektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

Görüş zamanı AzTU ilə Malatya Turqut Özal Universitetinin nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, magistratura və doktorantura səviyyəsində ikili elmi rəhbərlik imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Digər xəbərlər