Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb

AzTU ilə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Elmi-Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb

15.04.2025     81     AzTU

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Bağırzadə Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Görüşdə agentliyin və institutun  gördüyü işlər haqqında məlumat verilib. Həmçinin birgə tədqiqatların yerinə yetirilməsi və layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra AzTU ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.


Digər xəbərlər