Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

21.02.2025     301     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev azərbaycançılıq ideyalarının təbliği və təşviqi məsələlərini özündə ehtiva edən bu görüşü çox əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndirib. O, insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında ana dilinin mühüm rol oynadığını xüsusi olaraq vurğulayıb və bu istiqamətdə tələbə gənclərə öz tövsiyələrini verib. 

Daha sonra Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və kafedranın professoru Əyyub Kərimov çıxış edərək qeyd ediblər ki, insan şəxsiyyətinin formalaşmasında, onun mənəviyyatının zənginləşməsində dil ən mühüm vasitədir. Bu baxımdan ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Maddi və mənəvi irsi mühafizə edib nəsildən nəsilə ötürən ana dilimizdir. Dünyanın ən zəngin dillərindən biri kimi ana dilimizin təşəkkül tapmasında və formalaşmasında yazıçı və şairlərimizin də rolu xüsusi qeyd olunub.

Daha sonra AzTU məzunu, "TRT Müzik" telekanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, AzTU məzunu Əhməd Vəliyev və AzTU-nun tələbəsi Əlican Əliyev ana dilinə həsr olunan, o cümlədən vətənpərvərlik ruhunu özüdə ehtiva edən bəstəkar mahnılarından ibarət musiqi nömrələri ilə çıxış ediblər. 

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında dəyərli fikirlərinə həsr olunmuş videoçarx, həmçinin  AzTU tələbələrinin ifasında ana dili ilə bağlı şeir nümunələri əsasında hazırlanan kompozisiyalar nümayiş olunub.


Digər xəbərlər