Technest təqaüd proqramı çərçivəsində “ICPC Azərbaycan” və İnnovasiya və Rəqamsal İnkişaf Agentliyinin dəstəyi ilə ADA Universitetində "ICPC Azərbaycan: Yay Proqramlaşdırma Düşərgəsi" keçirilib.
Düşərgə tələbələrin və tələbə komandalarının məşqçilərinin "49-cu ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi"nə, məktəblilərin Respublika Fənn Olimpiadasına (RFO) və Beynəlxalq İnformatika Olimpiadalarına hazırlığı mərhələlərindən biri hesab olunur.
Hazırlıq çərçivəsində hər gün olimpiada üçün mövzular izah olunur və bu mövzuya aid yarışlar keçirilir.
Azərbaycan Texniki Universitetinin (AzTU) “SmartTech” İnnovatorlar Mərkəzinin əməkdaşları Kənan Əsgərli və Vüqar Hüseynli düşərgədə təşkil olunmuş təlimlərdə və yarışlarda universiteti uğurla təmsil ediblər.