Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Türkiyənin Qəbzə Texniki Universitetində səfərdə olub

AzTU əməkdaşları Türkiyənin Qəbzə Texniki Universitetində səfərdə olub

04.08.2025     37     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) gənc müəllimləri Şamxal Əliyev və Nicat Hüseynov Türkiyənin Qəbzə Texniki Universitetinə səfər edib. Səfər çərçivəsində iki universitet arasında əməkdaşlıq imkanları, birgə layihələrin icrası və elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra görüşlər keçirilib.

İlk olaraq nümayəndə heyəti Qəbzə Texniki Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Ceren Sarısaltıkla görüşüb. Görüş zamanı tədris, tələbə-müəllim mübadiləsi, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Daha sonra nümayəndə heyəti Qəbzə Texniki Universitetinin nəzdində fəaliyyət göstərən texnoparkın baş direktoru Yusuf Çalık, hüquq müşaviri Ayşe Arasan və digər əməkdaşlarla görüş keçirilib.

Görüşdə texnoparkın fəaliyyəti, universitet-sənaye əməkdaşlığı modeli, innovasiya və startapların dəstəklənməsi istiqamətində görülən işlər, həmçinin texnoparkın universitetə verdiyi töhfələr müzakirə olunub. Tərəflər arasında texnoparkların inkişaf perspektivləri və AzTU-da oxşar texnoparkın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin sonunda AzTU əməkdaşları Qəbzə Texniki Universitetinin tədris korpusları, kampusu və infrastrukturu ilə tanış olublar.


Digər xəbərlər