Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının müdiri professor Fəxrəddin Yusubov, kafedranın əməkdaşları professor Güləhməd Talıbov və dosent Əli İbrahimov mübadilə proqramı ilə Türkiyənin Malatya və Elazığ şəhərlərində səfərdə olub.
Səfər çərçivəsində İnönü, Turgut Özal və Fırat universitetlərinin rektorları ilə görüşlər keçirilib. Görüşlər zamanı birgə layihələrin həyata keçiriləsi, müəllim və tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
AzTU nümayəndə heyəti sözügedən universitetlərin tədris və tədqiqat laboratoriyaları ilə tanış olub.