Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Türkiyədə beynəlxalq həftədə iştirak ediblər

AzTU əməkdaşları Türkiyədə beynəlxalq həftədə iştirak ediblər

21.05.2024     638     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Maliyyə və təminat departamentinin Maliyyə şöbəsinin baş mütəxəssisi Fidan Qurbanova “Erasmus+” mübadilə proqramı çərçivəsində  Türkiyənin Kütahya Dumlupınar Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak ediblər.

25-dən çox ölkənin ali təhsil müəssisəsindən 80 nümayəndənin qatıldığı tədbirdə iştirakçı universitetlərin təqdimatı həyata keçirilib, tədris və tədqiqat sahəsində layihələrin yazılması, beynəlxalq əməkdaşlıqlar, təhsil və təcrübə mübadiləsi kimi mövzular müzakirə olunub.


Digər xəbərlər