Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları regionlarda abituriyentlərlə görüşlər keçirib

AzTU əməkdaşları regionlarda abituriyentlərlə görüşlər keçirib

22.05.2025     90     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) abituriyentlərlə iş üzrə xüsusi nümayəndəsi Eyvaz Məhəmmədli və Xüsusi texnika və texnologiya fakültəsinin akademik məsləhətçisi Amin Mamedov Şəki şəhəri, İsmayıllı, Qəbələ, Oğuz, Zaqatala, Qax və Balakən rayonlarında abituriyentlərlə və rayon təhsil sektorlarının rəhbərləri ilə silsilə görüşlər keçiriblər.

Görüşlər zamanı abituriyentlərə AzTU-nun ixtisasları, praktiki biliklərə əsaslanan tədris modeli, sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən istehsalat təcrübələri, startap yönümlü fəaliyyəti və tələbələrin bu sahədəki uğurları haqqında məlumat verilib.

Eləcə də tələbələrin yeni layihələrdə iştirak edə bilməsi üçün yaradılan şərait və imkanlardan da söhbət açılıb.

Universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları və akademik mübadilə imkanları da abituriyentlər tərəfindən maraqla qarşılanıb. Yüksək göstəricilərlə AzTU-ya qəbul olunan tələbələr üçün nəzərdə tutulmuş xüsusi təqaüdlər, həmçinin onların şəxsi inkişafını və akademik nailiyyətlərini dəstəkləyən təşviq mexanizmləri haqqında da abituriyentlərə ətraflı məlumat verilib

Səfər çərçivəsində rayon təhsil sektorlarının rəhbərləri ilə də əməkdaşlıq görüşləri keçirilib. Görüşlərdə AzTU ilə orta məktəblər arasında əsas əməkdaşlıq istiqamətləri olaraq texnologiya yönümlü təşəbbüslər, mühəndislik ixtisaslarının təbliği, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına dəstək verəcək birgə layihələr, startap yönümlü fəaliyyətlər və bu sahədə mentor dəstəyinin təmin edilməsi məsələləri müzakirə olunub.

Texnologiya və mühəndislik sahələrinə marağı olan abituriyentləri peşəkar və müasir tələblərə cavab verən mütəxəssislər kimi formalaşdırmaq məqsədilə AzTU bu cür görüşləri gələcəkdə də davam etdirəcək.


Digər xəbərlər