Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Qazaxıstanda səfərdə olub

AzTU əməkdaşları Qazaxıstanda səfərdə olub

30.12.2025     35     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev və professor Əyyub Kərimov mübadilə proqramı ilə Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetində səfərdə olub.

Səfər çərçivəsində İ.K.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin elm və korporativ inkişaf üzrə prorektoru professor Kuldeev Erjan İtemenoviç, Layihələrin İdarə Edilməsi İnstitutunun direktoru professor Bakıtcan Amralinova, Elmi layihələrə dəstək və doktorantura təhsili departamentinin direktoru Jumadilova Janar Orazbekova və Qazax və rus dilləri kafedrasının müdiri dosent Almas Uderbayevlə səmərəli görüşlər keçirilib. 

Görüşlərdə elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin icrası, prioritet tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub.

AzTU-nun kafedra müdiri Həbib Mirzəyev tərəfindən K.İ.Satbayev adına Universitetin Qazax və rus dilləri kafedrasında AzTU haqqında təqdimat olub, kafedra əməkdaşları üçün elmi seminar təşkil edilib.

AzTU nümayəndələri həmçinin İ.K.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru Meyram Muxametraximoviç Beqentaevin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında da iştirak edib.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti Qazaxıstan Milli Elmlər Akademiyası Axmet Baytursınulu adına Dilçilik İnstitutununu və Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunu da ziyarət ediblər.

Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun Dünya və Qazax Fəlsəfəsi Mərkəzində keçirilən işgüzar görüşdə türk fəlsəfəsinə dair tədqiqatların inkişaf etdirilməsi üçün müvafiq istiqamətlər müzakirə olunub.

Səfər zamanı AzTU  nümayəndə heyətinə Qazax dilçiliyinə dair müxtəlif elmi ədəbiyyatlar, həmçinin İFPR-in Qazax və dünya fəlsəfi düşüncəsi sahəsində müasir tədqiqatları əks etdirən elmi nəşrlər təqdim olunub.


Digər xəbərlər