Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Gürcüstanda beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib

AzTU əməkdaşları Gürcüstanda beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib

16.04.2025     127     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə sektorunun müdiri Mənzər Məmmədli və həmin sektorun baş mütəxəssisi Aysel Bədəlova Gürcüstanın Alte Universitetinin təşkil etdiyi beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib.

Azərbaycan, Türkiyə, Bolqarıstan, Çexiya, Xorvatiya və Ukraynadan ümumilikdə 8 universitetin təmsil olunduğu tədbirdə beynəlmiləlləşmə, beynəlxalq əməkdaşlıq və reytinq kimi mövzularda müzakirələr aparılıb, bir sıra vorkşoplar və sərgi təşkil edilib.

Səfər çərçivəsində AzTU əməkdaşları tədbirdə iştriak edən xarici universitet nümayəndələri, eləcə də Alte Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin heyəti ilə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib. Daha sonra AzTU və Alte Universiteti arasında anlaşma memorandumu imzalanıb.


Digər xəbərlər