Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Gəncədə yay məktəbində iştirak ediblər

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Gəncədə yay məktəbində iştirak ediblər

12.08.2024     623     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi təşkil edilib.

5 gün davam edən təlimlərdə AzTU Kitabxana İnformasiya Mərkəzinin direktoru (KİM) Xəyalə Hacıyeva, İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri İnam Həsənov, kitabxana proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçi İltifat İbrahimov, metaverilənlər üzrə böyük mütəxəssis Yeganə Cəfərova iştirak edib.

Yay məktəbi boyunca AzTU əməkdaşları Türkiyənin İzmir Texniki Universiteti, Finlandiyanın Jyväsklä Universiteti, İtaliyanın L'Aquila Universiteti əməkdaşları tərəfindən təqdim olunan təlim proqramında iştirak edib, Açıq Əlyetərlilik və Açıq Elm prinsipləri, hüquqi tənzimləmələr, “Creative Commons” Lisenziyaları, "European Open Science Cloud" tətbiqləri, açıq nəşr etikası mövzularında çıxışlar dinlənilib. 

Təlimin son 2 günü tətbiqi tapşırıqlar üzərindən davam etdirilib. Təlimlər zamanı AzTU-nun Rəqəmsal Repozitoriyası, Open Access” və “Open Science” hüquqi tənzimləmə sənədləri, Müəlliflər üçün Repozitoriya resurs təqdimat forması təlimçilərə və iştirakçılara nümayiş etdirilib, daha sonra Dublin Core formatı təsvir qaydalarına əsasən metaverilənlər repozitoriyaya daxil edilib. 

Qeyd edək ki, AzTU KİM əməkdaşları Avropa Komissiyası yanında Açıq Elm və Açıq Əlyetərlilik təşkilatı olan “OpenAİRE” təşkilatına milli əlaqələndirici (National Open Access Desk) təyin edilib və təşkilatın idarə heyəti nümayəndələri bu barədə məlumatı təlimçilərə rəsmi olaraq elan edib. 


Digər xəbərlər