Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution of Azerbaijan to Earth’s Green Future) adlı növbəti master klassı onlayn formatda təşkil edilib. "COP29-Azərbaycan: İqlim Dəyişikliyi üzrə Bakı Konfransının Nəticələri" ("COP29-Azerbaijan: Outcomes of the Baku Climate Change Conference") adlanan sonuncu master klassda Bakıda keçirilən COP29 tədbirinin Azərbaycan üçün əhəmiyyəti, orada keçən əsas debatlar, verilən qərarlar və növbəti tədbir üçün həll edilməmiş məsələlərdən bəhs olunub.
Tədbirlər silsiləsinin əsas məqsədi COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq və strategiayalarının təhlilini elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub. Tədbirdə qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, COP29-da Azərbaycanda icra olunan layihələr, “yaşıl gələcəyə” verəcəyi töhfə haqqında bacarıqlarını inkişaf etdirmək istiqamətində geniş müzakirələr aparılıb.
Master klassın xüsusi qonağı BMT SDSN Türkiyə üzrə koordinatoru, davamlılıq və iqlim araşdırmaçısı Bahar Özay məruzə ilə çıxış edib.