Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Uşak Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak edib.
21 ölkədən ümumilikdə 38 universitetin 70-ə yaxın akademik və inzibati heyətinin qatıldığı tədbirdə iştirakçıların təqdimatı həyata keçirilib, beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Mənzər Məmmədli Uşak Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə görüşərək növbəti illərdə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi üçün müzakirələr aparıb.
AzTU əməkdaşının Uşak Universitetinin rektoru professor Ekrem Savaşla görüşündə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.