Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda çıxış edib

AzTU əməkdaşı “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda çıxış edib

18.02.2025     141     AzTU

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə keçirilən “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda 600-dən çox müəllimin iştirakı ilə faydalı müzakirələr aparılıb.

Forumun “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” adlı I plenar iclasında Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Tenologiyaları və Metodik Dəstək İnstitutunun direktoru Etibar Seyidzadə çıxış edib.

O, süni intellekt və akademik dürüstlük, məlumat məxfiliyi və təhsildə süni intellektin tətbiqi, süni intellekt və təhsil sistemində ədalətlilik mövzularında çıxış edərək süni intellektin təhsildə tətbiqində faydalı və zərərli tərəflərini şərh edib.


Digər xəbərlər