Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Kaş məni də dinləyəydilər” adlı natiqlik təlimi keçirilib.
Təlimçi Zaur Cahangirovun iştirakı ilə keçirilən təlimin əsas məqsədi tələbələrin effektiv ünsiyyət qurmaq, təqdimatlarda və debatlarda uğurlu çıxış etmək, bədən dili və səs tonundan düzgün istifadə etmək, həmçinin tənqidi və analitik düşünmək bacarığını inkişaf etdirməkdir.
AzTU-nun həyətində keçirilən təlim sual-cavab formatında davam edib.