Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 20-dək uzadılıb.
Qəbul yalnız elektron qaydada həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkinə daxil olub qeydiyyatdan keçərək aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər
· rektorun adına ərizə;
· ali təhsil haqqında sənədin (diplomun və əlavəsinin) notarial təsdiqi;
· 3x4 sm ölçüdə fotoşəkil;
· şəxsiyyət vəsiqəsinin surəti.
Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Sənəd qəbulu üçün son tarix: 20.09.2022
Əlavə məlumat üçün:
Telefon: (+99450) 261-38-16, (+99412) 539-12-65
E-poçt: [email protected]