Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” müsabiqəsinin qalib və növbəti mərhələyə keçmiş komandaları ilə görüş keçirilib.
Görüş müsabiqənin artıq başa çatmış mərhələlərinin nəticələrinin qiymətləndirilməsi və startap komandalarının növbəti inkişaf mərhələsinə hazırlanması məqsədilə təşkil olunub. Tədbir çərçivəsində komandaların mövcud vəziyyəti, layihələrin inkişaf səviyyəsi və gələcək potensialı müzakirə edilib.
Sessiya həm məlumatlandırıcı, həm də təlim formatında təşkil olunaraq startap komandalarının praktiki inkişafına yönəlib.
Görüş zamanı komandaların layihələrinin hazırkı vəziyyəti və inkişaf mərhələsi qiymətləndirilib, layihələrin təkmilləşdirilməsi üçün konkret və tətbiq oluna bilən tövsiyələr təqdim olunub.
Tədbir çərçivəsində mentor Fərid Kazımov tərəfindən startapların inkişaf mərhələləri, layihələrin düzgün planlaşdırılması, komanda idarəetməsi və layihələrin bazara çıxarılması istiqamətində iştirakçılara ətraflı məlumat verilib.
Görüş nəticəsində komandalar öz layihələrinin növbəti mərhələyə keçidi fəaliyyətləri müəyyənləşdiriblər.