Son 10 ildə Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə qəbulun nəticələri kəskin şəkildə artıb.
Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun plan yeri 97.62 % dolub. Bu rəqəm ötən il 78% təşkil edib.
Yüksək ballar üzrə qəbulda da ötən illərlə müqayisədə xeyli artım var.
Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-ya qəbul olunan 4 abituriyent 600-dən yuxarı nəticə göstərib. Onlar arasında ən yüksək nəticə göstərən abituriyent 643,7 balla kompüter mühəndisliyi ixtisası üzrə Ankara Universieti ilə ikili diplom proqramına qəbul olunub.
500-dən yuxarı nəticə göstərənlərin sayı da ötən illərlə müqayisədə dəfələrlə artıb.
Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun magistratura səviyyəsinə qəbul da ötən illərlə müqayisədə 5 dəfə artıb.