Azərbaycan Texniki Universitetində (AzTU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üzrə İş Planına uyğun olaraq dəyirmi masa təşkil olunub.
Dəyirmi masada struktur bölmə rəhbərləri, dekanlar və əməkdaşlar iştirak ediblər.
İnsan resursları departamentinin direktoru Aytən Şıxəliyeva AzTU-da işə qəbul prosesində şəffaflığın artırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi istiqamətində görülən işlərdən danışıb. Daha sonra dekanlar imtahan prosesində müəllim-tələbə təmasının minimuma endirilməsi, şəffaflığın təmin olunması məqsədilə yaradılan elektron imtahan sistemininin üstünlüklərindən və onun tətbiqinin müsbət nəticələrindən danışıblar.
Tədbir İş Planında göstərilən digər məsələlər üzrə müzakirələrlə davam edib.