Azərbaycan Texniki Universitetində (AzTU) Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq iclas keçirilib. İclasda AzTU-nun rektoru Vilayət Vəliyev, prorektorlar, müvafiq fakültə, kafedra və institutların rəhbərləri iştirak edib.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrinin tədrisinə daha böyük diqqət yetirilməsi, bu istiqamətdə təhsil alan tələbələrin peşəkarlığının artırılması ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.