Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da növbəti Startap Günləri təşkil olunub

AzTU-da növbəti Startap Günləri təşkil olunub

09.12.2025     50     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Azərbaycan” platformasının tərəfdaşlığı ilə Startap Günləri təşkil olunub. İki gün davam edən tədbir tələbələrin innovativ ideyalar üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, yeni startap komandalarının formalaşmasını dəstəkləmək və universitetdə startap mühitini gücləndirmək məqsədi daşıyıb.

Açılış tədbirindən sonra tələbələr tərəfindən 43 startap ideyası təqdim olunub və səsvermə nəticəsində 8 ən perspektivli komanda növbəti mərhələyə vəsiqə qazanıb. Seçilmiş komandalar mentorların dəstəyi ilə layihələrinin ilkin prototiplərinin və biznes modellərinin hazırlanma mərhələsinə başlayıb.

Tədbirin ikinci günü seçilmiş komandalar layihələrini inkişaf etdirmək üçün mentorlarla (Orxan Əhmədov, Bəhruz Mustafayev, Azər Bayramov, Rasim Abdullayev və Rəşad Əliyev) birgə çalışıblar. Günün sonunda komandalar layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Qiymətləndirmə innovativlik, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialına əsasən aparılıb.

Nəticələrə əsasən, “Tibb-X” komandası 1-ci, “Safe Her” komandası 2-ci, “Work Finder” komandası isə 3-cü yerə layiq görülüb.

Qalib komandalara diplom və sertifikatlar təqdim olunub.


Digər xəbərlər