Azərbaycan Texniki Universitetində (AzTU) “Koreyada Təhsil və Tədqiqat fürsətləri” mövzusunda Beynəlxalq Gün keçirilib.
Tədbirdə Koreyanın Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin (NIPA) “Dünyanın Dostları Koreya (WFK) Məsləhətçiləri Proqramı” çərçivəsində AzTU-da fəaliyyət göstərən qonaq professor Woojik Chun (Vujik Çun) çıxış edərək Koreyada təhsil və tədqiqat imkanları barədə müəllim və tələbələrə məlumat verib.
Daha sonra Koreya mədəniyyətinə dair video təqdimatlar və stendlər nümayiş olunub.
Həmçinin Koreya mətbəxinə aid təamlar da iştirakçılara təqdim olunub.