Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da narkomaniyaya qarşı mübarizə ilə bağlı seminar keçirilib

AzTU-da narkomaniyaya qarşı mübarizə ilə bağlı seminar keçirilib

26.06.2025     30     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Kommunikasiya şöbəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş onlayn seminar keçirilib. Seminara universitetin 50-yə yaxın tələbəsi qatılıb.

AzTU-nun Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov narkomaniyanın bu gün əsrin bəlasına çevrildiyini qeyd edərək, bu istiqamətdə ölkəmizdə mübarizə kampaniyalarının geniş vüsət aldığını diqqətə çatdırıb. Mehti Namazov bildirib ki, maarifləndirici tədbirlər həmin mübarizə kampaniyalarının əsasını təşkil edir və AzTU da dəfələrlə sözügedən mövzuda tədbirlər keçirilib.

Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev öz çıxışı zamanı narkotikin bir sıra ağır fəsadlara səbəb olduğunu vurğulayaraq, gənclərə ondan və digər zərərli vərdişlərdən uzaq qalmağı, təhsilə və idmana daha çox zaman ayırmağı tövsiyə edib.

Daha sonra TGT fəalı Elnur İsmayılov və AzTU-nun məzunu İsa Səttarov mövzu ətrafında öz fikirlərini bölüşüblər.

Seminar AzTU tələbələrinin hazırladığı “Narkomaniyaya yox deyək!” adlı videoçarxın nümayişi ilə başa çatıb.


Digər xəbərlər