Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

AzTU-da narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

23.05.2025     38     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə qarşı birgə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövsiyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Bakı Şəhəri  üzrə Narkoloji Dispanseri və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsi haqqında danışıb. O, tələbələri pis vərdişlərdən uzaq olmağa, idmanla məşğul olmağa və təhsil, elm, şəxsi inkişaf kimi faydalı işlərə maraq göstərməyə dəvət edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövsiyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi  Vasif Quliyev narkomaniya ilə mübarizənin dövlətin prioritet istiqamətlərindən biri olduğunu və bu yöndə gənclərin davamlı olaraq maarifləndirilməsinin vacibliyini qeyd edib. O, xüsusi vurğulayıb ki, AzTU narkomaniyaya qarşı mübarizə ilə bağlı tələbələr arasında maarifləndirmə aparan ali təhsil müəssisələrindəndir.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat bürosunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu narkotiklərlə mübarizə ilə bağlı ən son statisitik məlumatları tələbələrin diqqətinə çatdırıb. O bildirib ki, narkobaronlar hər cür texniki vasitələrlə gənclərin aktiv olduğu sosial şəbəkələrə nüfuz edərək, onların nəinki həyatını cəhənnəmə döndərir, həmçinin şəxsi məlumatlarını şantaj yolu ilə hər yerdə yayacağı ilə hədələyərək onları asılı vəziyyətdə saxlayır. O, gəncləri bu cür tələlərə düşməməyi və ayıq-sayıq olmağı tövsiyə edib.

Bakı Şəhəri  üzrə Narkoloji Dispanserin həkim-narkoloqu Günay Əliyeva tələbələrə narkotik vasitələr və psixotrop maddələrdən istifadənin fəsadlarını ətraflı izah edib.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova narkomaniya ilə mübarizə sahəsində davamlı maarifləndirmə tədbirlərinin keçirildiyini və bu sahədə təşkilatın 20 illik təcrübəyə malik olduğunu, tez-tez narkomaniya qurbanlarını ziyarət etdiyini bildirib. O, gəncləri çevrəsini və dostlarını diqqətlə seçməyə, bu cür maarifləndirmə tədbirlərində aktiv iştirak etməyə səsləyib.

Tədbirin sonunda “Narkomaniya ilə mübarizə” mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.


Digər xəbərlər