Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Milli Qurtuluş Gününə həsr olunan elmi konfrans keçirilib

AzTU-da Milli Qurtuluş Gününə həsr olunan elmi konfrans keçirilib

13.06.2025     136     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) "Konstitusiya və Suverenlik İli" çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycanın dövlətçilik idealarına, hüquqi-siyasi sabitliyinə və müstəqil Azərbaycan Respublikasının inkişafına həsr olunub.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, millət vəkilləri Anar İsgəndərov, Pərvin Kərimzadə, Samir Vəliyev, Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub. Daha sonra ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Qurtuluş Gününün qeyd olunmasının xüsusi əhəmiyyətindən danışıb. Rektor tarixə nəzər salaraq bildirib ki, 90-cı illərdə Azərbaycanın suverenliyi şübhə altında idi. Belə ağır dönəmdə Azərbaycan xalqını və ölkəni dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 İyun tarixi əslində Azərbaycan Respublikasının Suverenliyinin bərpa olunduğu gün idi və Azərbaycan xalqı bu gün suverenliyini tam bərpa etmiş Azərbaycanda Milli Qurtuluş Gününü qeyd edir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov bildirib ki, tarixi günlərdə ali məktəblərlə görüşlər keçirməyi və tarixi gənc nəslə çatdırmaqdan şərəf duyur. Daha sonra o, Azərbaycan tarixində qaranlıq və işıqlı günlərdən söz açıb. Bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü xüsusi tarixi əhəmiyyətə malikdir. Millət vəkili öncə ulu öndərin keçmiş Sovet İttifaqı respublikalarındakı, eləcə də dünyadakı nüfuzu, daha sonra onun Azərbaycan tarixində xidmətləri, xalqın ona olan etimadı haqqında ətraflı danışıb. Deputat bu günkü suveren və çağdaş Azərbaycan Respublikasının Ulu Öndərin əsəri olduğunu xüsusi qeyd edib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Pərvin Kərimzadə “Azərbaycanın tarix uğurları” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, 15 İyun Azərbaycanın zəfərə doğru getdiyi yolun başlanğıcı idi. Qeyd olunub ki, bu gün Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan dünyada söz sahibidir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Samir Vəliyev “Milli Qurtuluş, xalqımızın xilası, dövlətimizin yüksəlişi” mövzusunda məruzə edərək bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi idi və ulu öndər Heydər Əliyev yenidən ölkəyə qayıtmasaydı Azərbaycan dövləti suverenliyini itirə bilərdi.  

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov “Ulu öndər Heydər Əlieyevin Azərbaycanda təhsilin və mədəniyyətin inkişafında rolu” mövzusunda məruzə edərək vurğulayıb ki, Azərbaycan təhsili və mədəniyyətində canlanma məhz Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra baş verib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Elçin Mirzəbəyli “Suverenlik anlayışı: klassik nəzəriyyələr və Azərbaycan modeli” mövzusunda məruzə edərək öncə suverenlik, dövlət quruluşları və onların mahiyyəti haqqında danışıb. Daha sonra millət vəkili ulu öndər Heydər Əliyevin strateji yanaşmalarından və suverenlik anlayışını formalaşdırmasından bəhs edərək bildirib ki, Azərbaycan Respublikasının suverenliyi sadəcə klassik nəzəriyyələrdə olduğu kimi hüquqi status, siyasi toxunulmazlıqdan ibarət deyil, o, enerji, iqtisadi, ekoloji, mədəni və informasiya sahəsində müstəqil qərarvermə anlayışlarını da özündə ehtiva edir.


Digər xəbərlər