Azərbaycan Texniki Universitetində (AzTU) “İnnovativ öyrənmə-öyrətmə yanaşmaları - 1” mövzusunda təlim keçirilir. Türkiyəli mütəxəssislər professor Buket Akkoyunlu və dosent Salih Bardakçı tərəfindən aparılan təlimlərdə AzTU-nun 40-a yaxın professor-müəllim heyəti iştirak edir.
Təlimin açılış mərasimində çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov professor-müəllim heyətinə uğurlar arzulayıb. Təlimin iştirakçıların fəaliyyətində faydalı olacağı qeyd olunub.
Daha sonra professor Buket Akkoyunlu və dosent Salih Bardakçı təhsildə innovativ yanaşmanın tələbələrin gələcək karyeralarına təsiri, öyrətmə və öyrənmə prosesinin inkişafı və digər vacib nüansları geniş təqdimatla iştirakçıların diqqətinə çatdırıblar.
Qeyd edək ki, iyunun 17-də yekunlaşacaq təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.