Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Erasmus Alumni” tədbiri keçirilib

AzTU-da “Erasmus Alumni” tədbiri keçirilib

16.10.2024     568     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə "Erasmus Alumni” tədbiri keçirilib. Tədbirdə “Erasmus+” mübadilə proqramı ilə İtaliyanın Roma Sapienza Universitetində, Polşanın Povislanski Universitetində, Rumıniyanın Buxarest İqtisadiyyat Universiteti və Kluj-Napoka Texniki Universitetində, Türkiyənin Bursa Texniki Universiteti və İzmir Bakirçay Universitetində mübadilə ilə təhsil almış AzTU tələbələri öz təcrübələri haqqında təqdimatla çıxış edib. Onlar tələbələrə xaricdə təhsil təcrübələri haqqında geniş məlumat veriblər.

Təqdimatlarda əsasən sözügedən universitetlərdəki tədris mühiti, akademik inkişaf imkanları, “Erasmus” proqramının qazandırdığı bacarıqlar, həmçinin həmin ölkələrin mədəni fərqlilikləri mövzularına toxunulub.

Sonda iştirakçıların sualları cavablandırılıb.  


Digər xəbərlər