Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da dövlət qulluğunun təbliği məqsədilə tədbir keçirilib

AzTU-da dövlət qulluğunun təbliği məqsədilə tədbir keçirilib

07.11.2025     18     AzTU

Dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Azərbaycan Texniki Universitetinin (AZTU) 4-cü kurs tələbələri üçün məlumatlandırıcı sessiya təşkil olunub.

Tədbirdə AzTU-nun Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov çıxış edərək idarəetmə mədəniyyətinin inkişafında, şəffaf və peşəkar kadrların formalaşmasında dövlət qulluğunun əhəmiyyətini qeyd edib. O, tələbələrin bu cür mövzularda maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Dövlət qulluğu üzrə təlimçi Samir Dəmirov gəncləri dövlət qulluğuna qəbul qaydaları, kateqoriya və təsnifatlar, vakant vəzifələr üzrə tələb olunan sertifikatlar və digər məsələlər barədə məlumatlandırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.


Digər xəbərlər