Azərbaycan Texniki Universitetində (AzTU) “Dayanıqlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda III beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev konfransda müzakirə olunan məsələlərin mühüm nəticələr verəcəyinə inandığını bildirib.
Görüş zamanı konfransda səslənən çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.