Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib

AzTU-da “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib

14.10.2022     778     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Klaudio Kasperl tərəfindən aparılıb.

Sessiyasının açılışında çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov DAAD və AzTU-nun uzun illik səmərəli əməkdaşlığından, bu proqramların mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıb.

Daha sonra DAAD nümayəndəsi Klaudio Kasperl Almaniyada təhsil, təqaüd proqramları haqqında geniş təqdimatla çıxış edib.

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, DAAD-nin təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl iki il ərzində AzTU-da alman dilini tədris edəcək və Xarici dillər kafedrasında fəaliyyət göstərəcək.    


Digər xəbərlər