Azərbaycan Texniki Universitetində (AzTU) ABB Tech Akademiyasının informasiya texnologiyaları sahəsi üzrə yeni proqramlarının təqdimatı keçirilib.
Görüşdə ABB İnnovasiya Mərkəzinin daxili və xarici əlaqələr üzrə mütəxəssisi Azad Əliyev, tələbə və rezidentlərlə iş üzrə mütəxəssisi Aytac Rəcəbli ABB Tech Akademiyasında tədris prosesi, yeni proqramlara qəbul qaydaları və şərtlər barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, Akademiyada tədris beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Tədris prosesi fərdi və qrup şəklində praktiki fəaliyyətləri əhatə edir.
Proqrama yüksək göstəricilərlə qəbul olunan tələbələr ABB və "Technest" təqaüd proqramı çərçivəsində ödənişsiz təhsil imkanı əldə edəcəklər.
Qeyd edək ki, ABB Tech Akademiyasının yeni proqramlarına “linux” idarəetmə sistemi, “full stack” tərtibatçılıq, QA avtomatlaşdırma və İT biznes analitika daxildir.